Peskov: “Ermənistan Avropa İttifaqına yaxınlaşdıqca Avrasiya İqtisadi Birliyində problemlərlə üzləşəcək”

2026/05/1780062057.jpg
Oxunub: 289     17:34     29 May 2026    
“Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma prosesində gec-tez Avrasiya İqtisadi Birliyinin mövqeyi ilə ziddiyyət təşkil edən vəziyyətlə qarşılaşacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistan Avropa İttifaqı ilə yaxınlaşdıqca gec-tez elə bir vəziyyət yaranacaq ki, onun qəbul etdiyi norma və qaydalar Avrasiya İqtisadi Birliyinin norma və qaydaları ilə ziddiyyət təşkil edəcək”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan    


Bizi "telegram"da izləyin