“Ermənistan Avropa İttifaqına yalnız öz vəsaiti hesabına yaxınlaşa bilər” - Peskov

2026/05/1779900815.jpg
Oxunub: 375     15:52     29 May 2026    
“Ermənistanın Avropa İttifaqına doğru hərəkət etməsi onun suveren hüququdur, lakin bunu Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin maliyyə resursları hesabına edə bilməz”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Avropa İttifaqına doğru hərəkət etmək Ermənistanın tam suveren hüququdur. Lakin Ermənistan bunu Avrasiya İqtisadi Birliyi ölkələrinin vəsaiti hesabına edə bilməz və etməməlidir. Başqa sözlə, bunu öz hesabına etməlidir”, - deyə Kremlin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan    


Bizi "telegram"da izləyin