İranda gələcək danışıqlar üçün əsas şərt açıqlanıb

2026/05/1778219003.jpg
Oxunub: 349     08:12     23 May 2026    
İran rəsmisi bütün cəbhələrdə müharibənin dayandırılmasının gələcək danışıqların müzakirəsi üçün əsas şərt olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” televiziya kanalına danışan iranlı rəsmi açıqlama verib.

O qeyd edib ki, yekun razılaşma hələ əldə olunmayıb və Tehranla Vaşinqton arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində iş aparılır.

Rəsmi vurğulayıb ki, diplomatik fəaliyyət ətrafında yaranmış müsbət atmosfer vacibdir, lakin razılaşmanın əldə olunması üçün kifayət etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Danışıq  


Bizi "telegram"da izləyin