Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, eyni zamanda Qətərin danışıqlar nümayəndə heyəti Tehranda səfərdədir və İranla müharibənin dayandırılması barədə razılaşmanın əldə olunmasına dəstək verməyə çalışır.
Bildirilib ki, dəniz marşrutu üzrə tədarüklərin qeyri-sabitliyi fonunda Qətərin mayeləşdirilmiş təbii qazını daşıyan üçüncü tankerin keçidi əvvəlki yükün boğazdan keçməsindən təxminən iki həftə sonra baş verib. Həmin keçid İran və Pakistan arasında əldə olunmuş razılaşma çərçivəsində reallaşdırılmışdı.
211 min 842 kubmetr tutuma malik “Al Sahla” gəmisi Qətərin Ras Laffan limanından yola düşüb və LSEG monitorinq xidmətinin məlumatına görə, iyunun 14-də Çinin Tyançzin Mayeləşdirilmiş Təbii Qaz Terminalına çatmalıdır.
Qətərin mayeləşdirilmiş təbii qazı ilə yüklənmiş və fevralın 28-də ABŞ və İsrailin hava zərbələrinin başlamasından sonra Hörmüz boğazından keçən əvvəlki iki tanker Qətər tərəfindən Pakistana satılmışdı.
“Reuters” agentliyinin anonim mənbələrinin məlumatına görə, İran Qətər və Pakistan arasında etimadın möhkəmləndirilməsi məqsədilə bu tədarükləri təsdiqləyib. Pakistan isə sülh danışıqlarında vasitəçi kimi çıxış edir.
Sevinc Əliyeva
Ordu.az