Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, səfərin məqsədi ABŞ ilə İran arasında yekun razılaşmanın əldə olunmasına və müharibənin başa çatdırılmasına dəstək verməkdir.
ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, İranla razılığın əldə olunması istiqamətində cüzi irəliləyiş var.
Bununla yanaşı, Rubio vurğulayıb ki, Tehran heç vaxt nüvə silahına sahib ola bilməz.
İran mediası daha əvvəl Pakistan Ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, feldmarşal Seyid Asim Munirin Tehrana səfəri barədə məlumat yaymışdı.
Bildirilir ki, səfərin məqsədi İran və ABŞ arasında davam edən danışıqların müzakirəsidir.
Sevinc Əliyeva
Ordu.az