İran XİN: Yüksək zənginləşdirilmiş uranın təhvil verilməsi ilə bağlı tələblər mənasızdır

2026/05/1779478112.jpg
Oxunub: 410     23:20     22 May 2026    
İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməsi ilə bağlı istənilən tələb mənasız hesab olunur.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

İRNA agentliyinin məlumatına görə, Bəqayi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uranı ilə bağlı detallara dərindən varmağa çalışmaq heç bir nəticə verməyəcək.

O həmçinin qeyd edib ki, hazırda Qətər nümayəndə heyəti İran xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparır.

Bəqayinin sözlərinə görə, Pakistan isə danışıqlarda əsas vasitəçi rolunu davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   Bəqayi  


Bizi "telegram"da izləyin