İsveçdə NATO-ya qarşı etiraz aksiyasında 20-ə yaxın fəal saxlanılıb

2026/05/1779476508.jpg
Oxunub: 365     22:32     22 May 2026    
İsveçin Helsinborq şəhərində NATO-ya qarşı keçirilən etiraz aksiyasında 20-ə yaxın nümayişçi saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, “ Shut Down NATO” (“NATO bağlansın”) hərəkatının fəalları Şimalı Atlantik alyansın XİN nazirlərinin zirvə görüşünün keçirildiyi şəhər mərkəzinə daxil olmağa çalışıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların üzərində axtarış həyata keçirib. Onlardan bir neçəsi saxıanılaraq polis avtobuslarına mindirilib.

Bundan əvvəl 150-ə yaxın etirazçı NATO sammitinin keçirildiyi məkandan 2 kilometr aralıda yerləşən Qustaf Adolf meydanına toplaşaraq aksiya keçirmişdi. Onlardan bəziləri maskalar və qara kapüşonlu geyimlər geyərək NATO əleyhinə şüarlar səsləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   NATO  


Bizi "telegram"da izləyin