Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Qabbard qərarını həyat yoldaşının nadir sümük xərçəngi xəstəliyi ilə mübarizəsinə dəstək vermək məqsədilə qəbul edib.
Qabbard bu barədə ABŞ Prezidenti Donald Trampla Oval kabinetdə keçirilən görüş zamanı danışıb.
Bildirilir ki, onun vəzifədə son iş günü 2026-cı il iyunun 30-u olacaq. “Fox News” telekanalının əldə etdiyi istefa məktubunda Qabbard Trampa ona göstərilən etimada görə təşəkkür edib.
O qeyd edib ki, həyat yoldaşı Abrahamda nadir sümük xərçəngi aşkarlanıb və qarşıdakı aylarda ciddi problemlərlə üzləşəcək. Qabbard bildirib ki, həyat yoldaşının yanında olmaq və ona tam dəstək vermək üçün dövlət xidmətindən ayrılmağa məcburdur.
O həmçinin vurğulayıb ki, rəhbərlik etdiyi dövrdə qurumda şəffaflığın artırılması və kəşfiyyat icmasının bütövlüyünün bərpası istiqamətində mühüm addımlar atılıb. Məlumata görə, Qabbard agentliyin strukturunu kiçildib və vergi ödəyiciləri üçün ildə 700 milyon dollardan çox vəsaitə qənaət edib.
O, həmçinin Tramp-Rusiya əlaqələrinin araşdırılması, Kennedinin qətli və digər məsələlərlə bağlı yarım milyondan çox səhifə hökumət sənədinin məxfiliyini ləğv edib.
Sevinc Əliyeva
Ordu.az