DASAL-ın 100 kiloqram yük daşıya bilən PUHU-C100 platforması avtonom təchizat imkanları təqdim edir - VİDEO

2026/05/1779470904.jpg
Oxunub: 483     21:20     22 May 2026    
EFES-2026 təlimi çərçivəsində məhsullarını nümayiş etdirən “DASAL Aviasiya Texnologiyaları” şirkətinin hazırladığı pilotsuz hava platformaları yerli və xarici hərbi nümayəndə heyətlərinin diqqətini cəlb edib.

Ordu.az xəbər verir ki, şirkətin xüsusilə ağır yükdaşıma qabiliyyətinə malik PUHU C75 və yeni PUHU C100 yük pilotszu uçuş aparatları təlim zamanı ön plana çıxıb.

“DASAL Aviasiya Texnologiyaları”nın Biznesin İnkişafı üzrə meneceri Merve Şanlı bildirib ki, PUHU C75 hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarında aktiv şəkildə istifadə olunur.

Onun sözlərinə görə, platforma yüksək dağlıq ərazilər, yağış, duman və güclü külək kimi çətin şəraitlərdə logistik ehtiyacların qarşılanmasında mühüm rol oynayır.

Şanlı qeyd edib ki, PUHU C75 75 kiloqram faydalı yük daşımaq imkanına malikdir və su, qida, tikinti materialları kimi müxtəlif yükləri təhlükəsiz şəkildə bir nöqtədən digərinə çatdıra bilir.

O əlavə edib ki, yeni hazırlanan PUHU C100 platforması daha yüksək yükdaşıma qabiliyyəti və daha uzun uçuş məsafəsi təqdim edir.

Məlumata görə, PUHU C100 100 kiloqram yük daşımaqla təxminən 2500 metr yüksəklikdə 12 kilometrlik gediş-gəliş missiyalarını yerinə yetirə bilir. Bundan başqa, platforma tək istiqamətli uçuşlarda 28 kilometrə qədər məsafə qət etmək imkanına malikdir.

Şanlı bildirib ki, PUHU C100-də elektrikli avtomobillərdə olduğu kimi sürətli enerji doldurma sistemi inteqrasiya edilib.

Onun sözlərinə görə, platforma təxminən iki saatlıq sürətli enerji doldurmadan sonra yenidən tapşırığa davam edə bilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DASAL   PUHU-C100  


Bizi "telegram"da izləyin