Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Rubio İsveçdə jurnalistlərə açıqlamasında deyib ki, Hörmüz boğazında silahlı qarşıdurma başlayacağı halda alternativ planın olması vacibdir.
“Əgər kimsə Hörmüz boğazında atəş açmağa başlasa, bizim “B planımız” olmalıdır. İdeal halda, nə vaxtsa onlar boğazı açacaqlar”, - deyə Rubio bildirib.
Onun sözlərinə görə, əsas məsələ İranın boğazı açmaqdan imtina etməsi halında hansı addımların atılacağıdır. Rubio qeyd edib ki, belə vəziyyətdə ABŞ də daxil olmaqla bir sıra ölkələr müəyyən addımlar atmağa məcbur olacaq.
Bununla yanaşı, o, NATO-nun bu prosesə cəlb olunmalı olub-olmadığını dəqiqləşdirməyib. ABŞ dövlət katibi danışıqlarla bağlı əvvəlki açıqlamalarını da təkrarlayıb. O bildirib ki, amerikalı danışıqçılar “çətin” tərəflə işləyirlər.
“Bəzi irəliləyişlər var, lakin biz hələ yekun mərhələyə çatmamışıq. Ümid edirəm ki, bu dəyişəcək, amma dəyişməyə də bilər”, - deyə Rubio əlavə edib.
Sevinc Əliyeva
Ordu.az