Litvada hava qaçaqmalçılığı işi üzrə 13 polis və sərhədçi saxlanılıb

2026/05/1779464414.jpg
Oxunub: 379     19:39     22 May 2026    
Litvada hava qaçaqmalçılığı ilə bağlı araşdırma çərçivəsində 13 polis əməkdaşı və sərhədçi saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Litva polisinin baş komissarının müavini Marius Draudvilanın sözlərinə görə, ümumilikdə 27 nəfər saxlanılıb. Məlumata görə, bu əməliyyat 2025-ci ilin dekabrında başlanmış araşdırmanın davamıdır.

Həmin vaxt polis cinayətkar qruplaşmanın həm üzvlərini, həm də rəhbərlərini saxlamışdı. Saxlanılan əməkdaşlardan 8-i Şalçininkay rayon polis komissarlığında, 2-si Vilnüs Dövlət Sərhəd Komitəsində, 3-ü isə Dövlət Sərhəd Mühafizə Xidmətində çalışıb.

Bundan əlavə, Şalçininkay rayon bələdiyyəsinin bir əməkdaşı da saxlanılıb.

Xatırladaq ki, ötən ilin sonunda qaçaqmal yüklənmiş meteoroloji hava şarlarının tez-tez eniş etməsi səbəbindən Litvada hava limanlarının fəaliyyəti iflic olmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Polis   Sərhədçi  


Bizi "telegram"da izləyin