Ordu.az xəbər verir ki, bu barədə “Kommersant Şimal-Qərb” nəşrinin mənbələri məlumat yayıb.
İşin detalları açıqlanmır. Nəşrin mənbəsinin iddiasına görə, saxlanılma bir neçə regionda Müsəlmanların Ruhani İdarəsinin nümayəndələrinin həbs olunması ilə əlaqədardır.
Məlumata görə, 2026-cı il aprelin 21-də Moskvanın Taqanski məhkəməsi Kareliya imamı və keçmiş müfti Visam Əli Bardvil barəsində “Şeremetyevo” hava limanında hüquq-mühafizə orqanlarına sənədlərini göstərməkdən imtina etdiyi üçün 15 sutkalıq inzibati həbs qərarı çıxarıb.
Bundan başqa, Mordoviyada yerli Müsəlmanların Ruhani İdarəsinin rəhbəri Rail-həzrət Asainov da saxlanılıb. Məhəmməd Xenni 2017-2020-ci illərdə “Şimal-Qərb Müsəlman İcması”nın imamı olub. Daha sonra o, təşkilatın sədri vəzifəsinə keçib.
İcmada fəaliyyətə başlamazdan əvvəl Xenni Sankt-Peterburqdakı “İslam Təşkilatları Birliyi”nə və “İslam Mədəniyyət Mərkəzi”nə rəhbərlik edib. 2007-ci ildə Məhəmməd Xenniyə qarşı millətlərarası nifrəti qızışdırmaq maddəsi ilə cinayət işi açılmışdı. Lakin daha sonra onun statusu şübhəlidən şahidə dəyişdirilmişdi.
Rusiya Müftilər Şurasının nümayəndələri Xenniyə qarşı cinayət təqibini səhv adlandırmışdı.
Sevinc Əliyeva
Ordu.az