Ordu.az xəbər verir ki, “Reuters” agentliyinə müsahibəsində Qarqaş Avropa ölkələrinin Hörmüz boğazı üzərində İran nəzarətini uzaq problem kimi deyil, enerji və ticarət təhlükəsizliyi ilə birbaşa bağlı məsələ kimi nəzərdən keçirməli olduğunu bildirib.
O həmçinin qeyd edib ki, İranla müharibədən sonra ABŞ körfəzdəki hər bir ölkənin hesablamalarında “daha mərkəzi rol oynamağa” başlayıb.
Qarqaş əlavə edib ki, ABŞ və İranın Hörmüz boğazını açacaq razılığa gəlmək ehtimalı “50 faiz 50 faizdir”.
“İran rəsmiləri illər ərzində çoxlu imkanları əldən veriblər, çünki öz imkanlarını həddən artıq qiymətləndirmək meyli göstərirlər. Ümid edirəm ki, bu dəfə belə etməyəcəklər”, - deyə Qarqaş bildirib.
Sevinc Əliyeva
Ordu.az