Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu gün Baqrat Sarkisyan və digərlərinin işi üzrə keçirilən məhkəmə iclasında hakim Karen Farkhoyan müdafiə tərəfinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətini rədd edib. Lakin ona deputatlığa namizəd kimi yalnız proses iştirakçıları istisna olmaqla evdə insanlar qəbul etməyə icazə verilib.
Erməni vəkil Liparit Simonyan bundan əvvəl bildirmişdi ki, İqor Sarkisyanın qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac var, çünki onun ciddi sağlamlıq problemləri var və ona gəzinti, qaçış tövsiyə olunur, lakin ev dustaqlığı şəraitində bunu etmək mümkün deyil.
İqor Sarkisyan da sağlamlıq problemlərini qabartmaq istəmədiyini deyib, lakin hazırda məqsədin onları müəyyən proseslərdən kənarda saxlamaq olduğunu bildirib.
Xatırladaq ki, İqor Sarkisyan, erməni arxiyepiskop Baqrat Qalstanyan və daha 16 nəfər terror aktı törətmək və hakimiyyəti ələ keçirməyə hazırlıqda ittiham olunurlar.
Alpər Mövludoğlu
Ordu.az