Ordu.az xəbər verir ki, bunu mayın 21-də Ararat şəhərində keçirilən seçki kampaniyası zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan silahlanmanın beynəlxalq bazarına çıxıb. Paşinyan seçiciləri mayın 28-də keçiriləcək hərbi paradda iştirak etməyə dəvət edib, bundan sonra texnikanın bir hissəsi, o cümlədən yerli istehsal nümunələri İrəvandakı Respublika meydanına bitişik ərazidə nümayiş etdiriləcək.
O qeyd edib ki, “Araratsement” zavodunun milliləşdirilməsindən sonra özəl investorların cəlb edilməsi məsələsi beynəlxalq, açıq və şəffaf müsabiqə yolu ilə həll olunacaq.
Paşinyan dövlətin Zəngəzur Mis-Molibden Kombinatı nümunəsində olduğu kimi, zavodda pay sahibi olacağını bildirib.
O, zavodla bağlı əvvəlki sövdələşməni dələduzluq adlandırıb. “O oğurluq dövlətə qaytarılacaq”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az