Ordu.az xəbər verir ki, bunu ICESCO-nun Tərəfdaşlıqlar və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Dayanıqlı və gücləndirici mədəni canlandırma" adlı müzakirədə deyib.
Onun sözlərinə görə, mədəniyyətin bərpa prosesinin mərkəzinə yerləşdirilməsi postmünaqişə ərazilərinin davamlı inkişafı və dirçəlişi üçün əsas şərtdir:
"Bu model və təşəbbüs xüsusi dəstəyə layiqdir. Mədəniyyət Nazirliyinin belə mühüm beynəlxalq forumda bu təşəbbüslə çıxış etməsini yüksək qiymətləndiririk".
Anar Kərimov qeyd edib ki, ICESCO mədəni irsin qorunmasını beynəlxalq gündəliyinin əsas istiqamətlərindən biri hesab edir.
"Bu məqsədlə İslam Dünyası İrs Mərkəzi yaradılıb və qurum İslam dünyasının mədəni irs nümunələrinin qeydiyyata alınması istiqamətində fəaliyyət göstərir".
Anar Kərimov yekunda vurğulayıb ki, ICESCO-nun fəaliyyəti UNESCO-nun gördüyü işlərin təkrarı deyil, onu tamamlayan mexanizmdir.
Ordu.az