Ordu.az xəbər verir ki, bunu Ukrayna parlamentinin deputatı, Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin sədri Olena Şuliak Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlərin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, məcburi köçkünlər ictimai müzakirələrdə və məsləhətçi qurumlarda iştirak etmək imkanına malik olmalıdırlar: "Bu insanları qəbul edən icmalar onların keyfiyyətli mənzillə təmin olunmasına xüsusi diqqət yetirməlidir. Xarkov bu gün bir çox şəhər və icma üçün nümunəyə çevrilib. Şəhər məcburi köçkünlərlə iş və zədələnmiş mənzillərin sürətli təmiri baxımından mühüm təcrübə formalaşdırır. Ukrayna Ali Radası mənzil fondunun idarə olunması və köhnə yaşayış məhəllələrinin yenidən qurulması istiqamətində islahatları davam etdirəcək. Ukraynanın bu gün ehtiyac duyduğu ən effektiv qərarların qəbul olunmasına çalışırıq".
Ordu.az