UNESCO rəsmisi: "İlham Əliyevin WUF13-də səsləndirdiyi fikir mühüm əhəmiyyət daşıyır"

2026/05/Ekran-1779369474.jpg
Oxunub: 233     16:37     21 May 2026    
Prezident İlham Əliyevin WUF13-ün liderlər sammitində səsləndirdiyi "mədəni irs və ətraf mühitin qorunması olmadan inkişafın mümkün olmadığı" fikri postmünaqişə dövründə şəhərlərin bərpası üçün mühüm əhəmiyyət daşıyır.

Ordu.az xəbər verir ki, bunu UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Elundu Assomo Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı və gücləndirici mədəni canlandırma" adlı müzakirə zamanı videomüraciətində deyib.

UNESCO rəsmisi vurğulayıb ki, keçirilən panel yalnız Azərbaycanın gördüyü işləri öyrənmək üçün deyil, həm də münaqişədən zərər çəkmiş şəhərlərin inkişafına dəstək baxımından vacib platformadır.

Onun sözlərinə görə, son onillikdə münaqişələrin xarakteri dəyişib və şəhərlər artıq müharibələrin əsas hədəfinə çevrilib:

"UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bir çox şəhərlər ciddi dağıntılarla üzləşib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UNESCO   Azərbaycan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin