Köçəryan: “Paşinyan “1 Mart” işi üzrə AİHM qərarını oxumayıb və anlamır”

2026/05/1779368178.jpg
Oxunub: 347     16:52     21 May 2026    
“Nikol Paşinyan “1 Mart” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını oxumayıb və anlamır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazirliyə namizəd Robert Köçəryan Aparanda jurnalistlərlə söhbəti zamanı deyib.

Paşinyanın “Köçəryan həbs olunmalıdır” bəyanatlarının kimə ünvanlandığı ilə bağlı suala cavab verən siyasətçi bildirib ki, bu açıqlamalar Paşinyanın son 8 ildə göstəriş verdiyi şəxslərə ünvanlanıb.

“Bu, ilk hal deyil. Belə əmrlər səbəbindən artıq üç dəfə həbsdə olmuşam. Əgər Avropada hər hansı siyasətçi belə bəyanat versəydi, o dərhal siyasi səhnədən yox olardı və həmin an istefa verməyə məcbur qalardı”, - deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, Paşinyan AİHM qərarının mahiyyətini başa düşmür.

“Həmin qərar qətl hadisələrinin bu günə qədər açılmaması ilə bağlıdır. Bu, ilk növbədə elə Paşinyanın özünə aiddir. Artıq 8 ildir hakimiyyətdədir və işi hələ də açmayıb”, - deyə Köçəryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan  


Bizi "telegram"da izləyin