Sabiq erməni prezident: “Paşinyanın səyləri ilə seçki kampaniyası görünməmiş dərəcədə çirkli xarakter alıb”

2026/05/1779367852.jpg
Oxunub: 334     16:49     21 May 2026    
“Bu qədər çirkli seçki kampaniyasını xatırlamıram”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazirliyə namizəd Robert Köçəryan Aparan sakinləri ilə görüşü zamanı deyib.

“Mən Ermənistanda çox şey görmüşəm, amma belə bir vəziyyət heç vaxt olmayıb. Bunun səbəbi isə məsuliyyətsiz hakimiyyətdir”, - deyə Köçəryan bildirib.

Onun sözlərinə görə, seçki kampaniyasının bu qədər xoşagəlməz və çirkli xarakter alması məhz Paşinyanın səylərinin nəticəsidir.

“Qışqırır ki, həbs etdirəcəyəm, əmlakınızı alacağam... Ermənistanın yarısını “casus” elan etdilər, amma hamımız çox yaxşı bilirik ki, əsl türk casusu kimdir”, - deyə siyasətçi vurğulayıb.

Köçəryan qeyd edib ki, Paşinyan Ermənistan hakimiyyətinin açıqlamalarının ölkə xaricində də diqqətlə izlənildiyini anlamır.

“Cəfəngiyat danışanda Rusiya kimi ölkə dərhal reaksiya verir. Dünənki açıqlamalar çox pis siqnal idi. Mən rəsmilərin dediklərinin alt qatını oxuyuram və onlar Ermənistan xalqına deyirlər ki, sizin problemləriniz öz hakimiyyətinizlə bağlıdır”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin