“Rusiyanın mesajı budur: “Səni artıq dost ölkə kimi qəbul etməyəcəyəm” - Köçəryan

2026/05/1779367757.jpg
Oxunub: 328     16:40     21 May 2026    
“Ermənistan nə qədər zəif olsa, müharibə təhlükəsi bir o qədər artacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazirliyə namizəd Robert Köçəryan Aparanda jurnalistlərlə söhbəti zamanı deyib.

Paşinyanın hakimiyyətə gəlməyəcəyi halda müharibə ehtimalının artacağı barədə fikirlərinə münasibət bildirən Köçəryan qeyd edib ki, canvermə vəziyyətində olan insanın sözlərini şərh etmək çətindir.

“Mən neçə müharibənin səbəbkarı olmuşam, Nikol Paşinyan isə neçə müharibənin səbəbkarı olub?”, - deyə erməni siyasətçi vurğulayıb.

Köçəryan əlavə edib ki, müharibələri alovlandıran və başladan məhz Paşinyandır. Onun sözlərinə görə, Paşinyan atdığı hər addımla Ermənistanı zəiflədir.

“Ermənistan nə qədər zəif olsa, müharibə ehtimalı da bir o qədər böyük olar”, - deyə Köçəryan bildirib.

O qeyd edib ki, Paşinyanın səyləri nəticəsində ölkədə daxili parçalanma daha da dərinləşir, hərbi-siyasi müttəfiqlərlə münasibətlər pisləşir və ordu zəifləyir.

“Əlinə çəkic alıb hər şeyi dağıdır. Mən bunu görürəm və xalqı xəbərdar etməyə çalışıram”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin