Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayastan” blokunun deputatlığa namizədi Boris Murazi Aparan sakinləri ilə görüşü zamanı deyib.
O bildirib ki, görüşdə ATƏT DTİHB nümayəndələri müşahidəçi qismində iştirak edirlər.
Onlara müraciət edən Murazi vurğulayıb ki, Nikol Paşinyan kimi davranışlara göz yumulması əslində bu cür addımların təşviq olunması deməkdir.
“Siz eşitmisiniz ki, blok sülh təminatlarının zəruriliyindən danışır. Nikol Paşinyan isə deyir ki, buna ehtiyac yoxdur, əgər lazımdırsa, o zaman təminatçı Azərbaycan olacaq. Nikol Paşinyanın 2023-cü il versiyası deyirdi ki, etibarlı sülh təminatları olmadan müharibə ola bilər. Biz isə beynəlxalq təminatların vacibliyində israr edirik”, - deyə Murazi bildirib.
Alpər Mövludoğlu
Ordu.az