Netanyahu İran məsələsi ilə bağlı təhlükəsizlik kabinetini toplayacaq

2026/05/1779129756.jpg
Oxunub: 363     22:31     18 May 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu İran məsələsini müzakirə etmək üçün təhlükəsizlik üzrə nazirlər kabinetinin iclasını çağıracaq.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri məlumat yayıb.

Məlumata görə, iclas ABŞ ilə İran arasında hərbi əməliyyatların yenidən başlaması və ya tərəflər arasında razılığın əldə olunması ehtimalı fonunda keçiriləcək.

Nəşr bildirib ki, təhlükəsizlik kabineti artıq bazar günü axşam da bir araya gəlib.

Qeyd olunub ki, regionda gərginlik artmaqda davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İran  


Bizi "telegram"da izləyin