Ordu.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.
Pentaqonun mətbuat katibi vəzifəsini icra edən Coel Valdes bildirib ki, qərar ABŞ-nin Avropa Komandanlığının rəhbərləri və komanda zəncirində yer alan şəxslərin rəyləri əsasında qəbul olunub.
Onun sözlərinə görə, bu qərar son anda qəbul edilmiş gözlənilməz addım olmayıb və bunun əksini iddia etmək yanlışdır.
Məlumata görə, Polşa hakimiyyəti ABŞ qüvvələrinin yerləşdirilməsinin dayandırılması qərarını gözlənilməz hesab edib.
Qeyd olunub ki, bu vəziyyət Şərqi Avropada ABŞ hərbi mövcudluğunun gələcəyi ilə bağlı sualları daha da artırıb.
Bildirilir ki, NATO daxilində artan gərginlik, Ukraynada davam edən müharibə və kollektiv təhlükəsizlik məsələlərində Vaşinqtonun Avropalı müttəfiqlərə təzyiqinin artması bu narahatlıqları gücləndirir.
Sevinc Əliyeva
Ordu.az