Livan Səhiyyə Nazirliyi: İsrail zərbələri nəticəsində martdan etibarən 3 mindən çox insan həlak olub

2026/05/1778958917.jpg
Oxunub: 583     21:22     18 May 2026    
“Hizbullah” ilə İsrail arasında müharibənin başladığı martın 2-dən etibarən İsrailin Livana endirdiyi zərbələr nəticəsində 3 mindən çox insan həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2026-cı il martın 2-si ilə mayın 18-i arasındakı dövrdə hücumlar nəticəsində ümumilikdə 3020 nəfər ölüb, 9273 nəfər yaralanıb.

Həlak olanlar arasında 18 yaşınadək 211 nəfərin və 116 səhiyyə işçisinin olduğu bildirilib.

Nazirlik qeyd edib ki, 2026-cı il aprelin 17-də əldə olunan atəşkəs döyüş əməliyyatlarını dayandıra bilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin