İran münaqişəsi qlobal biznesə azı 25 milyard ABŞ dolları həcmində ziyan vurub

2026/05/1778387606.jpg
Oxunub: 379     20:40     18 May 2026    
ABŞ və İsrailin İranla münaqişəsi indiyədək dünya biznesinə azı 25 milyard dollar həcmində ziyan vurub. Maddi zərərin məbləği artmaqda davam edir.

Ordu.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Ən azı 279 şirkət İranla bağlı münaqişəni qiymətlərin artırılması və istehsalın azaldılması da daxil olmaqla fövqəladə tədbirlərin görülməsinin səbəbi kimi göstərib.

Bildirilir ki, digər şirkətlər dividend ödənişlərini və ya səhmlərin geri alınmasını dayandırıb, əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərib, yanacaq əlavələri tətbiq edib və ya dövlət yardımına müraciət ediblər.

Hər beş şirkətdən biri - kosmetika istehsalçılarından tutmuş kruiz operatorları və aviaşirkətlərə qədər - silahlı münaqişə səbəbindən birbaşa maliyyə itkiləri barədə məlumat verib.

Bu şirkətlərin əksəriyyəti enerji qiymətlərinin onsuz da yüksək olduğu Avropa və Böyük Britaniyada yerləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Münaqişə  


Bizi "telegram"da izləyin