Türkiyənin texnologiya şirkətinin robotları kosmik aparat istehsalında istifadə olunacaq

2026/05/1779122643.jpg
Oxunub: 621     20:44     18 May 2026    
Robot əsaslı qabaqcıl istehsal texnologiyaları inkişaf etdirən türk texnologiya şirkəti kosmik qurumlardan birinə ixrac həyata keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Intecro Robotics” şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasına görə, “Intecro Robotics” və qrup törəməsi “MetalWorm” kosmik aparat istehsalına yönəlmiş qabaqcıl istehsal texnologiyalarının ixracı üzrə mühüm saziş imzalayıb.

Əsas podratçı kimi çıxış edən “Intecro Robotics” və “MetalWorm” tərəfindən hazırlanmış Robotik Əsaslı Lazer Örtük Texnologiyası, Əlavə İstehsal Texnologiyası və yeni nəsil istehsal sistemləri “medium-lift”, “heavy-lift” və “super heavy-lift” sinfinə məxsus buraxılış qurğusu komponentlərinin istehsal proseslərində istifadə olunacaq.

Hazırlanan sistemlər yüksək temperatur, ekstremal təzyiq, intensiv konstruktiv yük və çətin missiya şərtlərinə davamlı kosmik aparat komponentlərinin istehsalı üçün nəzərdə tutulub.

Müqavilə çərçivəsində inteqrasiya ediləcək qabaqcıl istehsal infrastrukturuna yüksək dəqiqlikli robotik istehsal sistemləri, iri həcmli metal əlavə istehsal texnologiyaları, avtomatlaşdırma və rəqəmsal istehsal altyapısı, qabaqcıl qaynaq, lazer kaplama və konstruktiv istehsal həlləri daxildir.

Bu texnologiyaların yüksək möhkəmlik tələb edən kritik kosmik konstruksiyaların istehsalında istifadə olunacağı və bunun Türkiyənin qabaqcıl istehsal texnologiyaları sahəsində mühəndislik qabiliyyətlərinin qlobal miqyasda çatdığı səviyyəni göstərdiyi qeyd olunur.

“Intecro Robotics” İdarə Heyətinin sədri Əli Şən bildirib ki, kosmik sənaye dəqiqlik, etibarlılıq və yüksək mühəndislik tələblərinin ən yüksək olduğu sahələrdən biridir.

O, bu miqyasda əməkdaşlıqda yer almağın inkişaf etdirilən texnologiyaların qlobal rəqabət qabiliyyətini göstərməsi baxımından son dərəcə dəyərli olduğunu vurğulayıb.

Şirkət yaxın dövrdə müdafiə, aviasiya, kosmos və qabaqcıl istehsal texnologiyaları sahəsində qlobal layihələrdə mövqeyini güclü şəkildə qorumağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Intecro-Robotics  


Bizi "telegram"da izləyin