MKE-nin hazırladığı çoxsaylı sistemlər EFES-2026 təlimində fəal rol alır

2026/05/1779122567.jpg
Oxunub: 548     20:40     18 May 2026    
Türkiyənin “Makine ve Kimya Endüstrisi AŞ” (MKE) şirkəti tərəfindən hazırlanan çoxsaylı silah sistemləri və sursatlar EFES-2026 Birgə, Müştərək Döyüş Atışlı əhra Təlimi çərçivəsində fəal iştirak edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

MKE-nin açıqlamasına görə, quru, hava və dəniz elementləri üçün hazırlanmış çoxsaylı məhsullar EFES-2026 təlimində yer alır.

Bu çərçivədə TOLGA yaxın hava hücumundan müdafiə sistemi, BORAN yüngül yedəkdə daşınan haubitsası, “Fırtına” haubitsa silah sistemi, 35 millimetrlik silah sistemi, təyyarə bombaları, piyada tüfəngləri, snayper tüfəngləri və müxtəlif çaplı sursatlar təlimdə fəal şəkildə istifadə olunur.

“Polad Günbəz”in əsas zərbə elementləri arasında yer alan 35 millimetrlik silah sistemi başda olmaqla bir çox kritik sistemlə MKE Türkiyənin təbəqəli müdafiəsinə sahədə güc qatır.

Qurumun məhsulları yaxın hava hücumundan müdafiədən uzaqmənzilli atəş dəstəyinə, tank silah sistemlərindən hava sursatlarına qədər geniş sahəni əhatə edir və EFES-2026-nın müxtəlif mərhələlərində Türkiyə Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətinə dəstək verir.

MKE-nin 5,56 millimetrlik piyada gülləsindən 155 millimetrlik haubitsa mərmisinə, tank sursatlarından raket döyüş başlıqlarına, təyyarə bombalarından minaatan sursatlarına qədər geniş istehsal imkanına malik olduğu bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   EFES-2026  


Bizi "telegram"da izləyin