Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Bandırma 6-cı Əsas Reaktiv Baza Komandanlığına aid F-16 “Fighting Falcon” döyüş təyyarələri Gelibolu yarımadası üzərində görüntülənib.
“Anadolu” agentliyinin çəkilişləri Çiğli 2-ci Əsas Reaktiv Baza Komandanlığından havaya qalxan “Airbus A400M Atlas” nəqliyyat təyyarəsinin açıq rampasından həyata keçirilib.
Kadrlarda qırıcıların Çanaqqala Şəhidlər Abidəsi, Kilitbahir qalası və 1915 Çanaqqala körpüsü üzərində uçuş etdiyi əks olunub.
Qeyd edilib ki, EFES-2026 təlimi Türkiyə Silahlı Qüvvələrinin müştərək əməliyyat imkanlarını nümayiş etdirməklə yanaşı, hava komponentlərinin koordinasiya və əməliyyat effektivliyini də ortaya qoyur.

Sevinc Əliyeva
Ordu.az