İraq Səudiyyə Ərəbistanına PUA hücumu ilə bağlı araşdırma aparır

2026/05/1779119337.jpg
Oxunub: 374     19:46     18 May 2026    
İraq Səudiyyə Ərəbistanına qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumunun araşdırıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ər-Riyad hücumun İraq ərazisindən təşkil edildiyini iddia edib.

İraq Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri hava məkanında hər hansı pilotsuz uçuş aparatının buraxılışını qeydə almayıb.

Bununla yanaşı, Bağdad Səudiyyə Ərəbistanını təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə əməkdaşlığa və müvafiq məlumatların paylaşılmasına çağırıb.

İraq tərəfi qardaş ölkələrə qarşı istənilən hücumun rədd edilməsini nəzərdə tutan prinsipial mövqeyini bir daha təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Səudiyyə-Ərəbistanı   PUA  


Bizi "telegram"da izləyin