Merkel Avropa İttifaqını Rusiya ilə danışıqlar aparmaqda aciz olmaqda ittiham edib

2026/05/1779119240.jpg
Oxunub: 371     19:39     18 May 2026    
Almaniyanın sabiq kansleri Angela Merkel Avropa İttifaqını Ukraynadakı müharibənin dayandırılması istiqamətində diplomatik imkanlardan tam istifadə etməməkdə tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Merkel WDR telekanalına müsahibəsində bildirib ki, Ukraynaya göstərilən hərbi dəstək düzgün addımdır, lakin Avropa diplomatik potensialından kifayət qədər istifadə etmir.

“Düşünürəm ki, indiyədək göstərdiyimiz hərbi yardım tamamilə düzgündür. Ukraynaya yardımdan əlavə çəkindirmə təsiri yaratmaq üçün daha çox iş görməyimiz də doğrudur. Ancaq hesab edirəm ki, Avropa diplomatik potensialından yetərincə istifadə etmir”, - deyə Merkel bildirib.

O qeyd edib ki, yalnız ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələri davam etdirməsi kifayət deyil.

Məlumata görə, Avropada Rusiya və Ukrayna arasında sülh danışıqları üçün xüsusi nümayəndə təyin olunması ilə bağlı çağırışlar artır.

Bildirilir ki, həm Moskva, həm də Kiyev ABŞ və İsrailin İranla bağlı münaqişəsinə görə Tramp komandasının diqqətinin başqa istiqamətə yönəlməsi fonunda belə vasitəçiliyə hazır olduqlarını göstərirlər.

Merkel 2021-ci ilin oktyabrında keçirilən Avropa Şurasının son iclasında Avropa İttifaqı ilə Rusiya arasında ayrıca diplomatik format yaradılmasını təklif etdiyini açıqlayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı daxilində Moskvaya münasibətdə fikir ayrılığı olduğuna görə təşəbbüs dəstəklənməyib.

“Ümumi mövqeyə gələnə qədər işləməyə davam etmək lazımdır. Diplomatiya hətta Soyuq müharibə dövründə də medalın digər tərəfi olub”, - deyə Merkel vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Merkel     Rusiya  


Bizi "telegram"da izləyin