Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, atəşkəs rejimi və tərəflər arasında birbaşa danışıqlar hərbi əməliyyatları dayandırmağa kifayət etməyib.
Aunun bəyanatında qeyd olunub ki, Livanın danışıqlar üçün müəyyən etdiyi çərçivəyə İsrail qoşunlarının çıxarılması, atəşkəsin təmin olunması, ordunun sərhəd boyunca yerləşdirilməsi, məcburi köçkünlərin geri qayıtması və iqtisadi yardım daxildir.
“Vəzifəm və məsuliyyətimdən irəli gələrək qeyri-mümkün görünən addımları atmaq və Livana, eləcə də xalqına qarşı müharibəni dayandırmaq üçün ən az itkiyə səbəb olacaq yolu seçmək mənim borcumdur”, - deyə Aun bildirib.
Sevinc Əliyeva
Ordu.az