Donald Tusk transatlantik birliyin qorunmasına çağırış edib

2026/05/1779118545.jpg
Oxunub: 341     19:25     18 May 2026    
Polşa Baş naziri Donald Tusk ABŞ və NATO arasında yaranmış gərginlik fonunda transatlantik birliyin qorunmasının vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Məlumata görə, Tusk Varşava ilə Vaşinqton arasında strateji tərəfdaşlığın əhəmiyyətini qeyd edib.

Bu açıqlama Pentaqonun ABŞ-də yerləşdirilmiş 4 min hərbçinin Polşaya köçürülməsi planını ləğv etməsindən bir neçə gün sonra səsləndirilib.

“Hamımızın vəzifəsi Polşada, Avropada, Atlantik okeanının hər iki tərəfində, ABŞ-də və Kanadada müxtəlif siyasi amillərdən asılı olmayaraq transatlantik əməkdaşlığın bu mürəkkəb dövrü aşmasını təmin etməkdir”, - deyə Tusk bildirib.

Mənbələrin məlumatına görə, Ağ Ev Avropalı müttəfiqlərin ABŞ-nin İrana qarşı hərbi kampaniyasını dəstəkləməkdən imtina etməsi ilə bağlı artan narazılıq fonunda hərbi mövcudluğun azaldılması qərarını qəbul edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tusk   NATO   Polşa  


Bizi "telegram"da izləyin