İran ABŞ-yə hərbi əməliyyatların dayandırılması üçün tələblər paketini açıqlayıb

2026/05/1779118466.jpg
Oxunub: 362     19:18     18 May 2026    
İran ABŞ ilə mümkün razılaşma üçün əsas şərtlərini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qaribabadi deputatlarla görüş zamanı Vaşinqtonla mümkün razılaşmanın şərtlərini təqdim edib.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının mətbuat katibi İbrahim Rezainin jurnalistlərə verdiyi məlumata əsasən, Qaribabadi Tehranın hansı şərtlərlə münaqişənin dayandırılması barədə ABŞ ilə mümkün razılaşmanı nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.

Rezai bildirib ki, Qaribabadi deputatlara davam edən diplomatik proseslər, o cümlədən BRICS-in son sammiti, həmçinin Moskva və Pekinə yüksək səviyyəli diplomatik səfərlər barədə də məlumat verib.

Brifinq zamanı dolayı danışıqların hazırkı vəziyyətinə xüsusi diqqət ayrılıb. Qaribabadi Pakistanın vasitəçiliyi ilə İran İslam Respublikası və ABŞ arasında təklif mübadiləsinin aktiv şəkildə davam etdiyini təsdiqləyib.

O, İranın əsas tələblərinin bütün cəbhələrdə hərbi əməliyyatların tam dayandırılması, ABŞ qoşunlarının regiondan çıxarılması, eləcə də sanksiyalar və dəniz blokadasının tam ləğvindən ibarət olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin