Ordu.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, qərar hökumət başçısının müraciəti əsasında təhlükəsizlik və siyasi səbəblərlə əlaqədar qəbul olunub.
Hakim Rivka Fridman-Feldman bildirib ki, məhkəməyə təqdim edilmiş məlumatlar və əlavə sənədlər nəzərə alınaraq mayın 18-nə planlaşdırılan dinləmələr ləğv edilir.
“Kan”ın məlumatına əsasən, Netanyahu həmin gün təhlükəsizlik məsələləri üzrə iclas keçirməyi planlaşdırır.
İclas zamanı Qəzza zolağının dəniz blokadasını yarmağa çalışan növbəti fələstinpərəst fəal donanmasının nəzarətə götürülməsi məsələsi müzakirə olunacaq.
Bildirilir ki, donanmanın tərkibində olan 57 gəmi ötən həftə Türkiyədən yola düşüb və əməliyyatın yaxın saatlarda başlaması mümkündür.
İsrail baş naziri 700 min şekeldən artıq dəyərdə qanunsuz hədiyyələr almaq, media tənzimləmələri sahəsində saxtakarlıq və dostlarının maraqlarına uyğun layihələrin irəli sürülməsi məqsədilə rüşvət almaqda ittiham olunur.
Tel-Əviv və Qüds məhkəmələrində davam edən proses 2020-ci ildən etibarən aparılır. Netanyahu isə dəfələrlə ittihamları rədd edib.
2024-cü ilin dekabrından etibarən baş nazir məhkəmədə ifadə verir.
Sevinc Əliyeva
Ordu.az