Rossbax: "2030 hədəflərinə nail olmaq üçün WUF13-ün əhəmiyyəti böyükdür"

2026/05/Ekran-1779023158.jpg
Oxunub: 319     15:59     17 May 2026    
2030 hədəflərinə nail olmaq üçün Bakıda keçirilən WUF13-ün əhəmiyyəti böyükdür.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və regional hökumətlərin ümumdünya assambleyasında deyib.

O bildirib ki, forum yerli və regional hökumətlərin bu proseslərin izlənməsi və qiymətləndirilməsində rolunu da nəzərdə tutur:

"2026–2029-cu illəri əhatə edən yeni Strateji Plan mənzil məsələlərinə, mənzilə və əsas xidmətlərə çıxışa, eləcə də qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyasına fokuslanır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rossbax   WUF13  


Bizi "telegram"da izləyin