Ordu.az xəbər verir ki, bunu 2028-ci ildə keçiriləcək WUF 14 prezidenti, Mexiko şəhərinin meri Klara Bruqada Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və regional hökümətlərin ümumdünya Assambleyasında deyib.
O qeyd edib ki, dünyanın şəhər gələcəyi ya yerli hökumətlər tərəfindən qurulan həllərlə formalaşacaq, ya da ümumiyyətlə olmayacaq:
"Dövrümüzün böhranları nə sərhəd tanıyır, nə də miqyas. İqlim fövqəladəliyi, mənzil böhranı, bərabərsizlik və müxtəlif zorakılıq formaları həm şəhər, həm də kənd ərazilərinə təsir edir".
Mer qeyd edib ki, bu assambleyada bir araya gələndə, həqiqətən idarə edən, həqiqətən problemləri həll edən, həqiqətən dinləyən minlərlə hökumətin topladığı təcrübəni bölüşmək olur.
"Ortaq bir səslə birləşən bu kollektiv təcrübə dünyada milyonlarla insanın həyatını dəyişdirmək gücünə malikdir", - o deyib.
Ordu.az