Bahar Muradova: "Azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsipləri tətbiq olunur"

2025/03/1741929449.jpg
Oxunub: 322     14:17     17 May 2026    
Azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq olunur.

Ordu.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qadınların Assambleyasında deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və yenidən qurulması prosesində müasir şəhərsalma prinsipləri və ağıllı həllər tətbiq olunur:

"Yaşıl inkişaf, rəqəmsal innovasiya, sosial inteqrasiya və təhlükəsiz yaşayış şəraiti qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir. Qadınlar və qızlar üçün bərabər imkanların təmin olunması əsas prioritet kimi müəyyən edilir. Bu yanaşma paytaxt şəhərimizin inkişaf modelində də öz əksini tapır. Uzun illər ərzində münaqişənin nəticələrini yaşamış bir ölkə kimi Azərbaycan post-münaqişə dövründə dayanıqlı bərpa modeli və insan yönümlü şəhər inkişafını təşviq edir".

B.Muradova qeyd edib ki, Bakı təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir şəhər modeli kimi çıxış edir:

"İctimai məkanlara, mobilliyə, yaşıl infrastruktura və sosial xidmətlərə xüsusi diqqət yetirilir. Bakının böyük beynəlxalq platformalara ev sahibliyi etməsi şəhərlərin qlobal dialoq və əməkdaşlıqdakı artan rolunu nümayiş etdirir. Bu yanaşma UN-Habitat tərəfindən təşviq edilən "Şəhərlərin Səsi" konsepsiyasına tam uyğundur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bahar-Muradova   Azad-edilmiş-ərazilər  


Bizi "telegram"da izləyin