Ordu.az xəbər verir ki, bunu Türkiyənin Konya vilayətinin bələdiyyə sədri Uğur İbrahim Altay Bakıda keçirilən WUF13 çərçivəsində keçirilən Yerli və regional hökumətlərin ümumdünya assambleyasında deyib.
O bildirilib ki, dünyanın müxtəlif ölkələrindən yerli və regional idarəetmələr insan hüquqlarının qorunması, əlçatan mənzil təminatı, miqrasiya, iqlim ədaləti və ictimai həmrəylik kimi məsələlərdə cəmiyyətin gündəlik ehtiyaclarına cavab verməyə çalışır:
"Yerli idarəetmə orqanları ictimai xidmətlər vasitəsilə bərabərliyi və insan ləyaqətini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Bu gün keçirilən tədbir "yerli çoxtərəflilik" prinsiplərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Bələdiyyə sədri qeyd edib ki, qlobal idarəetmənin ciddi çağırışlarla üzləşdiyi bir dövrdə çoxtərəfli əməkdaşlığın gücləndirilməsi üçün ortaq siyasi iradənin formalaşdırılması xüsusi önəm kəsb edir:
"Yerli və regional idarəetmələrdən ibarət beynəlxalq hərəkat Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ön sırada yer alır. 2030-cu il hədəflərinə yaxınlaşdıqca BMT ilə əməkdaşlıq həyata keçirilən təşəbbüslərin yerli səviyyədə tətbiqini sürətləndirib. Eyni zamanda, yerli siyasi liderlik əsasında hazırlanmış konkret və investisiya hazır layihələr təşviq olunur. Mənzil təminatı sosial rifah, bərabərlik və dayanıqlı inkişafın əsas komponentlərindən biridir".
U.İ.Altay çıxışında bu ilin noyabr ayında Antalyada keçiriləcək COP31 tədbirinə hazırlıq məsələlərinə də toxunub. O bildirib ki, iqlim öhdəliklərinin konkret məkan əsaslı layihələrə və tətbiqlərə çevrilməsi təmin edilməlidir:
"Yerli və regional idarəetmə qurumları artıq uyğunlaşma, dayanıqlılıq, davamlı mobillik və inklüziv şəhər cəmiyyətlərinin formalaşdırılması sahələrində aparıcı rol oynayır".
Ordu.az