Ordu.az xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun icraçı direktoru Ramil İsgəndərli Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyasında deyib.
Onun sözlərinə görə, Bakı üçün bu tədbir çox qeyri-adidir:
"Mənim üçün hər birinizi Bakıda salamlamaq şərəfdir. Azərbaycana və BMT-nin Məskunlaşdırma Proqramına (UN-Habitat) uğurlar arzulayıram. Vətəndaş cəmiyyəti institutları bu forumlarda böyük rol oynayır. Milli QHT Forumu çətir təşkilatıdır və müxtəlif vətəndaş cəmiyyəti institutlarını təmsil edir. Azərbaycan qanunvericiliyinə əsasən, icmalar və tərəflərin rəyi alınmalıdır. Azərbaycanda icmaların iştirakı əhəmiyyətli dərəcədə nəzərə alınır. Azad edilən ərazilərin baş planı hazırlananda yerli icmaların rəyi alınıb. BMT ilə bir sıra sahələrdə əməkdaşlıq etmişik. COP29-da Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də fəal iştirak edib. Bizim UN-Habitat-la əməkdaşlığımız genişlənir".
Ordu.az