WUF13-də nazirlərin dəyirmi masası başa çatıb

2026/05/Ekran-1779014439.jpg
Oxunub: 413     14:00     17 May 2026    
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) birinci günü çərçivəsində nazirlərin dəyirmi masası başa çatıb.

Ordu.az-ın məlumatına görə, "UN-Habitat"ın keçmiş icraçı direktoru Maymuna Mohd Şərif sədr qismində yekun sözlə çıxış edib.

O, nümayəndələrə fəal işlərinə görə təşəkkür edib, iştirakçılara forumun məhsuldar davamını arzulayıb və beynəlxalq ictimaiyyəti əldə edilmiş tempi qorumağa çağırıb.

"Bakıda qazanılmış unikal təcrübə və həll yollarının kağız üzərində qalmaması, bütün dünyada şəhərlərin və icmaların xeyrinə praktiki tədbirlərə çevrilməsi son dərəcə vacibdir", - Maymuna Mohd Şərif vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WUF13   Dəyirmi-masa  


Bizi "telegram"da izləyin