Pavel Radomski Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib

2026/05/Ekran-1779013960.jpg
Oxunub: 395     13:30     17 May 2026    
Polşa Azərbaycan hökumətinə Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının (WUF13) təşkilinə və forum iştirakçılarının səmimi qarşılanmasına görə minnətdarlığını bildirib.

Ordu.az xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Pavel Radomski WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bəyan edib.

"Polşa bu mühüm konfransın təşkilinə hiss etdiyimiz səmimi qəbula görə Azərbaycan hökumətinə minnətdardır. Biz həmçinin UN-HABITAT-a təşəkkürümüzü bildiririk", - o deyib.

Səfir qeyd edib ki, şəhər ərazilərinin dayanıqlı inkişafı və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məsələləri şəhər əhalisinin artması və sosial-iqtisadi çağırışlar fonunda getdikcə daha böyük əhəmiyyət kəsb edir.

"Yeni şəhər gündəliyi bu baxımdan əla istiqamətverici rolunu oynayır və Polşa onun icmalı çərçivəsində siyasi bəyannamənin həmkoordinatoru kimi çıxış etmək şərəfinə nail olub", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Radomski   Bakı   WUF13  


Bizi "telegram"da izləyin