Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri azad olunmuş ərazilərə səfər edəcək

2026/05/1779013791.jpg
Oxunub: 701     13:27     17 May 2026    
Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yenidən səfər edəcək və layihələrlə yerində tanış olacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Azərbaycan Prezidenti Füzulidə Türkmənistan tərəfindən məscidin tikilməsi təşəbbüsünə görə bir daha təşəkkürünü bildirdi və hazırda tikintinin davam etdiyini dedi.

Söhbət zamanı işğal dövründə həmin ərazilərin Ermənistan tərəfindən darmadağın edildiyi, şəhərlərin viran qoyulduğu vurğulandı və hazırda isə orada genişmiqyaslı bərpa işlərinin aparıldığı bildirildi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arkadağ   Türkmənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin