WUF14 Mexikoda keçiriləcək

2026/05/Ekran-1779007797.jpg
Oxunub: 372     12:28     17 May 2026    
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək.

Ordu.az-ın məlumatına görə, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib.

"Mexiko şəhəri qədim tarixi irsə malikdir. Bu mənada, insanlarımız məhz bu mövzu üçün faydalı fikir mənbəyidirlər", - o bildirib.

Mer BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində 100-dən çox ölkədən gələn nümayəndələrin bəşəriyyətin gələcəyi üçün ən prinsipial bir mövzunu müzakirə etdiklərini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WUF14   Mexiko  


Bizi "telegram"da izləyin