Anaklaudia Rossbax: "WUF13 irəliyə baxmaq üçün hər kəsə ümid verir"

2026/03/Ekran-1773304543.jpg
Oxunub: 312     12:04     17 May 2026    
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) irəliyə baxmaq üçün hər kəsə ümid verir.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında deyib.

Onun sözlərinə görə, bütün dünyadan insanlar Bakıya müxtəlif mesajlar çatdırmaq üçün toplaşıb:

"WUF13 irəliyə baxmaq üçün hər kəsə ümid verir. Bu platformada alınacaq qərarlar və müzakirələr şəhərsalmada yaşanan problemlərin həllinə ilham verəcək. Mən hər kəsi problemlərin həllinə töhfə verməyə çağırıram. Bu forum sayəsində müəyyən ittifaqlar qurmaq olar. Bu platforma birgə qərarlar qəbul etmək üçün əlçatandır. Hər kəs bu əlçatanlıqdan yararlanmalıdır".

A.Rossbax şəhərsalmada qadınların roluna da diqqət çəkib:

"Qadınların hansı vəzifədə işləməsi, potensiallarını nə dərəcədə üzə çıxara bilmələri müzakirə mövzusu olmalıdır. Çünki onların şəhərsalma sahəsində fikirləri olduqca önəmlidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rossbax   WUF13  


Bizi "telegram"da izləyin