Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri məlumat yayıb.
Bildirilir ki, forum alman deputatlardan, eləcə də digər nüfuzlu şəxslərdən ibarət nümayəndəlik qurumu idi.
Nəşrin qiymətləndirməsinə görə, Paşinyanın “Real Ermənistan” ideyalarının tərəfdarı olan səfir digər funksiyalarla yanaşı lobbiçilik əhəmiyyəti də daşıyan belə bir qurumun fəaliyyətini mənasız hesab edib.
“Bu tip mənasız strukturlar artıq onların özü üçün də əhəmiyyət daşımır. Bu isə Türkiyə və Azərbaycanın Almaniyada Azərbaycan-Türkiyə icmalarının yaradılması və genişləndirilməsi istiqamətində intensiv fəaliyyət göstərdiyi bir dövrdə baş verir”, - deyə müəllif qeyd edib.
Nəşr xatırladıb ki, illər əvvəl Almaniya-Ermənistan Forumunun rəhbəri Albert Vaylerin ermənipərəst fəaliyyətinə görə Azərbaycan hakimiyyəti onun ölkəyə girişini qadağan etmişdi.
Alpər Mövludoğlu
Ordu.az