Ordu.az xəbər verir ki, Netanyahu bu barədə “CBS News”a müsahibəsində danışıb.
“Mən istəyirəm ki, hərbi əməkdaşlığımızın maliyyə komponentini mərhələli şəkildə sıfıra endirək”, - deyə o bildirib.
Qeyd olunub ki, Təl-Əviv Vaşinqtondan hər il 3,8 milyard dollar alır. Netanyahu maliyyə yardımının azaldılmasına elə indidən başlamaq istədiyini bildirib.
O əlavə edib ki, müvafiq proqram yaxın 10 il ərzində həyata keçirilə bilər və proses çox sürətlə gedə bilər.
Sevinc Əliyeva
Ordu.az