İranın təklifi ABŞ tərəfindən kompensasiyalar və Tehranın Hörmüz üzərində suverenliyini nəzərdə tuturdu

2026/03/1773298624.jpg
Oxunub: 398     09:24     11 May 2026    
İran tərəfinin təqdim etdiyi və ABŞ-ni qane etməyən nizamlanma təklifi Tehranın Hörmüz boğazı üzərində suverenliyini və Vaşinqtonun İran İslam Respublikasına kompensasiya ödəməsini nəzərdə tuturdu.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

“İranın proqramı ABŞ tərəfindən İrana hərbi kompensasiyaların ödənilməsi zərurətini vurğulayır və İranın Hörmüz boğazı üzərində suverenliyini təsdiqləyir. İran sanksiyaların ləğvi və ölkənin müsadirə edilmiş aktivləri ilə əmlakının azad olunmasının vacibliyini qeyd edir”, - deyə telekanal bildirib.

Nəşrin məlumatına görə, İranın ABŞ proqramına cavab olaraq təqdim etdiyi təklif “İran xalqının fundamental hüquqlarına” aiddir.

“İran ABŞ-nin proqramını rədd edib. Çünki bu, Trampın həddindən artıq tələblərinə tabe olmaq anlamına gəlirdi”, - deyə “Press TV” vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin