Ordu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “CBS News” telekanalına müsahibəsində bildirib.
“Hesab edirəm ki, çox iş görülüb, lakin bu, hələ münaqişənin sonu deyil. Çünki hələ də İrandan çıxarılmalı olan nüvə materialları və zənginləşdirilmiş uran ehtiyatları mövcuddur. Hələ də sökülməli olan uranın zənginləşdirilməsi obyektləri var”, - deyə Netanyahu vurğulayıb.
Onun sözlərinə görə, “İran tərəfindən dəstəklənən proksi qüvvələr” də qalmaqdadır.
İsrail tərəfi bu qüvvələr arasında xüsusilə Livanın cənubunda İsrail ordusunun əməliyyatlarını davam etdirdiyi “Hizbullah” hərəkatını qeyd edir.
Netanyahu əlavə edib ki, iranlıların “istehsal etmək istədiyi” ballistik raketlər də qalmaqdadır.
“Hazırda biz bütün bunların çoxunu zəiflətmişik. Lakin bunlar hələ də mövcuddur və qarşıda görüləcək çox iş var”, - deyə İsrailin Baş naziri sözlərini yekunlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az