Yaxın Şərqdə mayın 11-i səhər üçün əsas hadisələr

2026/05/1778476772.jpg
Oxunub: 414     09:14     11 May 2026    
Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalmaqda davam edir. İran-ABŞ danışıqları ilə bağlı İslamabaddan yayılan məlumatlar yalnız dialoq qurmaq cəhdlərini əks etdirir, təmaslar qeyri-müntəzəm xarakter daşıyır və indiyədək nəticə verməyib.

Eyni zamanda İsrail elan edilmiş atəşkəsə baxmayaraq, Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki pozulmasını göstərir.

Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və gələcək gərginləşmə riskləri qorunub saxlanılır.

Ordu.az bazar ertəsindən çərşənbə axşamına keçən gecə Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.

İran ABŞ tərəfindən irəli sürülən münaqişənin nizamlanması şərtlərini “kapitulyasiya” ilə eyniləşdirərək rədd edib və nüvə obyektlərini qorumağa “tam hazırlıqlı” olduğunu bəyan edib.

İsrailin Baş naziri Benyamin Netanyahu “CBS News”a müsahibəsində bildirib ki, İranla münaqişə hələ başa çatmayıb, çünki nüvə məsələləri həll olunmamış qalır.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, gec-tez ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxaracaq.

İran tərəfinin təqdim etdiyi və ABŞ-ni qane etməyən nizamlanma təklifi Tehranın Hörmüz boğazı üzərində suverenliyini və Vaşinqtonun İran İslam Respublikasına kompensasiya ödəməsini nəzərdə tuturdu.

ABŞ Prezidenti Donald Tramp tərəflərin zərbələr mübadiləsini davam etdirməsinə baxmayaraq İranla diplomatiyanı bərpa etməyə hazırdır. Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ   İran  


Bizi "telegram"da izləyin